DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib


Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.

Oxşar xəbərlər

Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib
Ölkədə saatlıq əmək haqqı tətbiq ediləcək, maaşlar artacaq
DƏMX: 5 ayda 1800-dən çox əmək hüququ pozuntusu aşkarlanıb
Əmək hüquqlarının pozulması hallarına qarşı əməliyyatlar keçirilib, şirkətlər barəsində protokol tərtib olunub
Bu ilin altı ayında 84 min manata yaxın gecikdirilmiş sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər