Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılacaq
Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Monitorinq qrupu yaradacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.
Monitorinq qrupunun tərkibinə ƏƏSMN-nin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil ediləcək.
Monitorinq qrupunun tərkibinə qrup üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.
Oxşar xəbərlər
Sosial xidmət müəssisələrinə nəzarət üçün Monitorinq qrupu yaradılıb
Uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib
Mayın 1-dən xəstəlik vərəqi elektron sənəd formasında hazırlanacaq
“Sosial xidmət haqqında” qanuna dəyişikliklər son oxunuşda qəbul edilib
Azərbaycanda uşaq evləri və ailə tipli kiçik qrup evləri ƏƏSMN-ə kömək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












