Şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 27 min şəxsin məşğulluğuna dəstək göstərilib
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 27 min şəxsin məşğulluğuna dəstək göstərilib.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla tanışlıq məqsədilə Quba rayonuna təşkil etdiyi mediaturda məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvləri ilə müharibə veteranlarının sosial dəstəklə təmin olunmalarına yönəlik ardıcıl tədbirlər həyata keçirilir.
Bildirilib ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid 27 min şəxsin məşğulluğuna dəstək işləri aparılıb. Onlardan 12 min 700 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 1100 nəfər peşə hazırlığına cəlb edilib, digərləri isə müvafiq işlə təmin olunub.
Daha sonra Vətən müharibəsi veteranı Elməddin Əlişanovun xidmət sahəsinə baxış keçirilib. O, özünüməşğulluq proqramı çərçivəsində avtotəmizləmə zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub. Bunun ardınca jurnalistlər müharibə veteranı Şahin Kərimov üçün yaradılmış kiçik təsərrüfatda olublar. Ş.Kərimov özünüməşğulluq proqramı üzrə avtoçilingər zərfi üzrə avadanlıqlarla təmin edilib. Tədbir çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin olunan Murad Sultanovun da xidmət sahəsinə baş çəkilib.
Oxşar xəbərlər
Şimal zonasında şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlara baxış olub
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarına 358 min xidmət göstərilib
Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı tədbirləri davam edəcək
Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib
Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 129 min şəxsə 354 min xidmət göstərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












