Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal dərinliyinin artması SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalında Azərbaycandan dizelin aşırılmasına təsir edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxışı zamanı terminalın baş direktoru İlqar Əlizadə deyib.
Onun sözlərinə görə, NEZ-də modernləşmə getdiyinə görə, əvvəllər xaricə çıxarılan nisbətən aşağı keyfiyyətli dizel daha dərin emal keçir.
İlqar Əlizadə qeyd edib ki, NEZ-də istehsal olunan "Avro-5" dizel Azərbaycanın daxili bazarına və Gürcüstana yönəldilir.
"Bu gün Azərbaycandan ixrac 1.5, 2 il əvvəlkindən bir qədər aşağıdı", - İlqar Əlizadə qeyd edib.
Oxşar xəbərlər
Kulevi terminalı Gürcüstanda tikilən ilk NEZ-lə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft və qaz emalı üzrə göstəricilər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlqar Əlizadə: “Kulevi terminalında genişlənmə işlərini “SOCAR Midstream Operations” aparır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 10% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













