Misirdə dizel və benzinin qiymətləri artıb
Misir hakimiyyəti Mərkəzi Bankın uçot dərəcəsini artırması və milli valyutanın sərbəst məzənnəsinin tətbiqi ilə əlaqədar martın 22-dən benzin və dizel yanacağının qiymətlərini artırmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə "As-Shorouk" məlumat yayıb.
Bildirilib ki,, Aİ-80, Aİ-92 və Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 Misir funtu (təxmini 0,04 AZN) artaraq, müvafiq olaraq 11 (təxmini 0,4 AZN), 12,5 və 13,5 funt təşkil edib.
Bir litr dizel yanacağı 1,75 funt bahalaşaraq 10 funta, qaz balonunun qiyməti isə 75 funtdan 100-ə qalxıb.
Eyni zamanda, “ Al-Youm as-Sabi” portalı iddia edir ki, bu qərar Qəzza zolağında münaqişənin kəskinləşməsi və bütün qlobal iqtisadiyyata və qiymətlərə mənfi təsir göstərən Ukrayna böhranı səbəbindən verilməyə məcbur olub.
Portal qeyd edir ki, ölkə hakimiyyəti yanacağın qiymətinin artırılmasını dəfələrlə təxirə salsa da, faiz dərəcələrinin artması və sərbəst məzənnənin tətbiqi fonunda onlar bu addımı atmağa məcbur olub.
Martın 6-da Misir Mərkəzi Bankı uçot dərəcəsini 27,25%-ə çatdırıb.
Bu fonda Misir milli valyutasının dəyəri kəskin şəkildə bir dollar üçün təxminən 50 funta düşüb.
Oxşar xəbərlər
ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib
İsrail Misir hərbi qüvvələrinin Refah sərhəd bölgəsindən çəkilməsini istəyib
Türkiyədə zəncirvari qəza: iki ölü, yeddi yaralı var
Azərbaycanda əhalinin avtomobil yanacağına xərcləri 10% artıb
Azərbaycanda illik inflyasiya 1.3%-ə enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












