Nazir: Azərbaycan-Türkmənistan-Özbəkistan formatı əlaqələrdə yeni səhifələr aça bilər
Azərbaycan-Türkmənistan- Özbəkistan formatı bütün sahələrdə əlaqələrin dərinləşməsi üçün yeni səhifələr aça bilər.
APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərinə görə, bunu Avazada jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
İqtisadiyyat naziri qeyd edib ki, dövlət başçılarının göstərişlərinə əsasən, həmkarları ilə birlikdə ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrini dərinləşdirmək və genişləndirmək əzmindədirlər: “Əminəm ki, bugünkü üçtərəfli iclasda birgə bəyanatlar qəbul ediləcək. Artıq müəyyən işçi qərarları, işçi formatları var. Ona görə də əminik ki, bu təşəbbüs dövlətlərimizin iqtisadiyyatlarını, nəqliyyat və enerji sahələrində əlaqələrini qarşılıqlı əlaqələrini daha da yaxınlaşdıracaq”.
Mikayıl Cabbarov deyib ki, humanitar sahədə də böyük potensial var və dövlət başçılarının bu yöndə bu gün verəcəkləri göstərişlər həyata keçiriləcək.
Oxşar xəbərlər
Nazir: Azərbaycanın D-8-ə üzv olması Pakistanla əməkdaşlıq üçün yeni perspektivlər açır
Azərbaycanda fəaliyyət göstərən Türkmənistan şirkətlərinin sayı açıqlanıb
Əli Əsədov Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevlə üçtərəfli görüş keçirib
Kobaxidze: Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə hazırıq
Nazir: Ölkəmizin yeni iqtisadi modeli enerji ilə deyil, rəqəmsallaşma ilə formalaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













