PAŞA Holding-in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib - FOTO
5 fevral 2025-ci il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatıb.
Sizinxeber.az-nın xəbərinə görə, sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirən tədbir olub.
Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda keçirilir və bizim üçün bu forumun təşəbbüskarı və təşkilatçısı qismində çıxış eləmək həm çox sevindirici, həm də çox qürurverici haldır", - Cəlal Qasımov bildirib.
Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qaldı. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edilib. Forum iştirakçıları arasında müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar və innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı və hüquqla inteqrasiyası, eləcə də yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparılıb.
Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı oldu. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini nümayiş etdirib.
LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq etdi, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.
Oxşar xəbərlər
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
Əhməd İsmayılov: II Şuşa Qlobal Media Forumunun əsas mövzusu və məqsədi dezinformasiyaya qarşı mübarizə olub
Nyu-Yorkda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Forum keçirilib - FOTO
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












