Azərbaycana idxal edilən kərə yağının qiyməti 30%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycana idxal edilən kərə yağının qiyməti 30%-ə yaxın artıb


2025-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 113 milyon 648 min ABŞ dolları dəyərində 16 min 633.8 ton kərə yağı idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 33% və ya 28.3 milyon ABŞ dolları, həcm baxımından isə 3.6% və ya 576.5 ton artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycana 85 milyon 311 min ABŞ dolları dəyərində 16.1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana idxal edilən kərə yağının 1 kiloqramının orta qiyməti illik müqayisədə 28.9% artaraq 11.60 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 7 ayı ərzində ölkədə 15 min 567.6 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 6.4% azdır. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 1066 ton çox olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 24.06 manat, yerli kərə yağının isə orta satış qiyməti 21.10 manat təşkil edib.

Oxşar xəbərlər

Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb
Ötən il Azərbaycana kərə yağı idxalı, istehsalı üstələyib
Azərbaycanda kərə yağı istehsalı idxalı üstələyib
Azərbaycana kərə yağı idxalı kəskin artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle