Naxçıvanda sığorta yığımları 8 % azalıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda sığorta yığımları 8 % azalıb


Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 5 sığorta şirkətinin xətti ilə 4,389 milyon manat sığorta haqqı toplanıb.

“Sizinxeber.az” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1 % azdır.

Hesabat dövründə Naxçıvanda həyata keçirilən sığorta ödənişlərinin həcmi 22,4 % artaraq 360 min manata çatıb.

Təkcə aprel ayında isə muxtar respublikada 821 min manat sığorta haqqı toplanıb, əvəzində 176 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 19 % az və 57,7 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanın sığorta bazarı 12 % böyüyüb
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb
Azərbaycanın sığorta bazarı 10 %-dən çox böyüyüb
Azərbaycanın sığorta bazarı 17 %-dən çox böyüyüb
Azərbaycanın sığorta bazarı 9 %-dən çox böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər