Hesablama Palatası: Gənclər və İdman Nazirliyindəki nöqsanların aradan qaldırılması gecikir
Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 3-nün aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.
Bu barədə “Sizinxeber.az”a Palatadan bildirilib.
Məlumata görə, həmin təkliflər aşağıdakılardır:
- Qərarın aidiyyəti bəndlərində göstərilənlərə əsasən müvafiq illər üzrə əməliyyatların məzmununa və xarakterinə uyğun olaraq kassa və faktiki xərclər, eləcə də uçotdan yayındırılmış aktivlərin baş vermə səbəbinə uyğun olaraq müvafiq hesablar üzrə mühasibat yazılışı verilməklə maliyyə hesabatlarında əks etdirilməsi;
- 2022-ci il üzrə 35 967 manat, 2023-cü il üzrə 30 668 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin hərəkətinə dair mühasibat uçotunda müvafiq müxabirləşmə verilərək hesabat dövrünün sonuna qalığın müəyyən edilməsi və 2023-cü il hesabat dövrü üçün tərtib ediləcək maliyyə hesabatlarında 888 manat qabaqcadan ödənilmiş yanacaq xərcinin qalığının əks etdirilməsi;
- baş vermiş əməliyyatlara uyğun olaraq uçotda mühasibat yazılışları verilməklə Goranboy, Yardımlı və Tərtər olimpiya idman komplekslərinin Nazirliyin balansından çıxarılması və 2023-cü il üçün tərtib edilən maliyyə hesabatlarında əks etdirilməsi.
Oxşar xəbərlər
Hesablama Palatası: Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir
Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb
Naxçıvan İcra Hakimiyyətində beş milyon manatlıq mənimsəmə aşkarlanıb
"Azərkosmos"da satınalma və mükafatlarla bağlı ciddi nöqsanlar aşkarlanıb
Hesablama Palatası Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
