“Unibank”ın mənfəəti bölüşdürüləcək
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 4 aprel 2025-ci il tarixində, saat 15:00-da keçiriləcək.
“APA-Economics” xəbər verir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağında “Unibank” Kommersiya Bankı” ASC-nin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi, eyni zamanda bankın 2024-cü il üzrə maliyyə nəticələrinin və mənfəətinin bölüşdürülməsinə dair məsələlərin müzakirəsi nəzərədə tutulub.
Qeyd edilib ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.
Oxşar xəbərlər
“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək
“Rabitəbank”ın 2025–2027-ci illəri əhatə edən Strateji Planı təsdiq ediləcək
“Bank Avrasiya”nın səhmdarları dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













