İsrafil Məmmədov: "ARDNF-in Türkiyə Mərkəzi Bankındakı depoziti sabit qiymətli kağızlara yönəldilib"
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankındakı 1 milyard avro depozitini götürərək sabit qiymətli kağızlara yönəldib.
Bunu "Sizinxeber.az"a müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.
"ARDNF 2022-ci ilin yanvar ayında ümumi məbləği 1 milyard avro olan və qaytarılma müddəti 6 ay təşkil edən depoziti mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirib. Sözügedən depozitin müddətləri bitdikcə 2022-ci, 2023-cü və 2024-cü illərdə yenidən uzadılıb. Ötən il tərəflər depozitin tədricən geri çəkilməsinə qərar verib. Bu qərar həm Türkiyə Mərkəzi Bankının valyuta rezervlərində borclanma səviyyəsinin azaldılması strategiyası, həm də ARDNF-in düşən faiz dərəcələri şəraitində qısa müddətli depozitlərin daha uzunmüddətli istiqrazlar ilə əvəzlənməsi strategiyası çərçivəsində verilib. Belə ki, 1 milyard avro olan depozitin 800 milyon avroluq hissəsi müddəti bitdiyi üçün iyul ayında, 200 milyon avroluq hissəsi isə müddəti bitdiyi üçün oktyabr ayında ARDNF-ə qaytarılıb və Fondun investisiya strategiyası çərçivəsində həmin vəsait sabit gəlirli qiymətli kağızlar üzrə müvafiq şəkildə yerləşdirilib", - deyə o qeyd edib.
İ.Məmmədovla geniş müsahibəni buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
ARDNF valyuta satışını 2 dəfədən çox artırıb
ARDNF-dən büdcəyə transfertlər sabit saxlanılır
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
