Dövlət başçısı: Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb
sizinxeber.az xəbər saytı

Dövlət başçısı: Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb


Əlbəttə ki, büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək”, - dövlət başçısı qeyd edib.

Oxşar xəbərlər

Komitə sədri: “Azərbaycanın büdcə xərcləri Ermənistan və Gürcüstanın birlikdə xərclərindən 1,3 dəfə çoxdur”
ABŞ-ın büdcə kəsiri rekord həddə çatıb
Prezident: Valyuta ehtiyatlarımız 72 milyard dollara bərabərdir
Azərbaycan Prezidenti: Valyuta ehtiyatlarımız 72 milyard dollara bərabərdir
Azad edilən ərazilərin bərpasına gələn il minimum 2,4 milyard ABŞ dollarının ayrılması planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle