Azərbaycan Mərkəzi Bankı “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
sizinxeber.az xəbər saytı

Azərbaycan Mərkəzi Bankı “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü çərçivəsində növbəti mühüm təşəbbüs Təşkilata üzv ölkələrin “Türk Yaşıl Maliyyə Şurası”nın yaradılması barədə Memorandumun imzalanması olub.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Qazaxıstanın Astana Maliyyə Mərkəzi, Qırğızıstanın Qiymətli Kağızlar Birjası və Türkiyənin Qiymətli Kağızlar Təşkilatı ilə birgə imzalanmış sənədə əsasən Şuranın əsas məqsədi üzv təşkilatlara yaşıl və dayanıqlı maliyyənin, ekoloji, sosial və idarəetmə faktorlarının nəzərə alındığı investisiyaların təşviqi istiqamətində məsləhət və konsultasiya xidmətlərinin göstərilməsidir.

Oxşar xəbərlər

TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bişkekdə TDT-nin Zirvə görüşünün yekunları üzrə 16 sənəd imzalanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: "Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstanın XİN başçısı: TDT Dövlət Başçılarının Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər