Kapital Bank 150 illik yubileyini BDU tələbələri ilə qeyd edib
Ölkənin birinci bankı Kapital Bank 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti ilə birgə "Doğru yolun başlanğıcı" adlı təlim proqramı təşkil edib. Tədbir çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib və qalib komandaya kubok təqdim olunub. Tədbirin əsas məqsədi tələbələrin şəxsi inkişafına və karyera planlamasına dəstək vermək olub.
Təlim proqramı çərçivəsində Kapital Bank-ın əməkdaşlarının iştirakı ilə “Şəxsi inkişaf və kollektivlə işləmə bacarıqları”, “İT təhlükəsizlik”, “İş mühitində hüquqlarınız” , “Karyera planlaması və yüksəlişi” kimi mövzularda təlimlər keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, Kapital Bank ilə birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.
Qeyd edək ki, təlim proqramında “BDU könüllüləri” təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü də iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Oxşar xəbərlər
Kapital Bank-ın baş sponsorluğu ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birbank Biznesdən “Maestro” tarifi istifadəçilərinə özəl hədiyyələr [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












