Mərkəzi Bank “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib


Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC və “Mpay” QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu məlum olub. “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, "PulPal"a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, "Mpay"ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Oxşar xəbərlər

AMB daha iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Mərkəzi Bank “elektron pul təşkilatı ilə bağlı göstəriş verib
AMB “PulPal”a məcburi göstəriş verib
Mərkəzi Bank “PashaPay”, “PulPal” və "K Group"a icrası məcburi göstəriş verib
AMB kapital tələbini pozan ödəniş təşkilatlarına icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər