Hesablama Palatası daha üç dövlət qurumunda yoxlama aparıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.
"Sizinxeber.az" Palataya istinadən xəbər verir ki, iclasda qurumun I yarımildə fəaliyyəti müzakirə edilib, müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb.
Daha sonra iclasda 3 nəzarət tədbirinin nəticələrinə dair auditor hesabatları müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul olunub. Eyni zamanda, iclasda 1 nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Oxşar xəbərlər
"Hesablama Palatasının Keyfiyyətin idarəedilməsi Qaydaları” müzakirə edilib
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Hesablama Palatası Naxçıvanın Sosial Xidmətlər Agentliyində nöqsanlar aşkarlayıb
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
Hesablama Palatası "Naxçıvan TV" ilə bağlı Baş Prokurorluğa müraciət edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












