Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi auditor seçib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) mühasibatlığının və kadr işlərinin audit yoxlaması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Sizinxeber.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Azəruçot" MMC-dir.
Qalib şirkətə 1 690 manat ödəniləcək.
BMTM ölkə prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 4,871 milyon manatdır. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq ölkənin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir.
Oxşar xəbərlər
Gənclər Fondu auditor seçib
Azərbaycanda 4SİM Mərkəzi auditor seçib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi auditor seçir
AZPROMO auditor seçib
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













