Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib


Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, "AtaSığorta" və ""A Qroup Sığorta" şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.

Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.

Qeyd edək ki, AMB bundan əvvəl "Atəşgah", "Meqa Sığorta", “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.

Oxşar xəbərlər

Mərkəzi Bank "Atəşgah" və "Meqa Sığorta"ya məcburi sərəncam verib
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib
Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank beş sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər