"Bank Respublika" və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandı
sizinxeber.az xəbər saytı

"Bank Respublika" və UFC ulduzu Rafael Fiziev arasında əməkdaşlıq sazişi imzalandı


UFC ulduzu Rafael Fiziev "Bank Respublika"nı seçdi

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan "Bank Respublika" beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluk əməkdaşlığı müqaviləsi imzalayıb.

Bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.

Əməkdaşlıq sazişi Bakıdakı "Four Seasons Hotel"də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə “Bank Respublika”nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də yer aldı.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib ki: "Bank Respublika" olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək.

Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki,Bank Respublika”nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb. “Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var.

Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrindəictimai təşəbbüslərində iştirak edəcək.

"Bank Respublika" bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.

"Bank Respublika" ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər edib. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu bununla bağlı sosial şəbəkə səhifəsində “Qarabağ – Azərbaycandır!” paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanıb.

Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook |  Instagram |  LinkedIn |  Telegram
Çağrı Mərkəzi: 144

Oxşar xəbərlər

"Bank Respublika" növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
“Bank Respublika”da mikro kreditlər üzrə FAİZLƏR ƏRİDİ
"Bank Respublika" I yarımildə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
"Bank Respublika" nağd kreditlər üzrə Novruz kampaniyasına start verir
“Bank Respublika” “Məktəbə qayıdış” kredit kampaniyasına start verir!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər