“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olunub
ABB İnnovasiya, Mastercard və ADA Universitetinin birgə təşkil etdiyi “AI Startup Challenge” müsabiqəsi uğurla baş tutub.
Süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyan yarışmada iştirak üçün 200 komanda müraciət edib. Onlardan 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazanıb. Müsabiqə zamanı komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini yerli və xarici ekspertlərdən ibarət münsiflər heyətinə təqdim ediblər.
Müsabiqədə ilk 3 yeri “Granslate”, “Agentixa” və “Innoroom” komandaları tutub. Həmin komandalar 5 000, 3 000 və 2 000 AZN məbləğində mükafat qazanıblar. Eyni zamanda ilk 20 komanda ABB İnnovasiyanın preinkubasiya proqramına keçid və Mastercard Sandbox platformasına çıxış imkanı qazanıb.
ABB İnnovasiya süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə belə təşəbbüsləri davam etdirmək niyyətindədir.
ABB İnnovasiyanın yeni imkanları haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib - FOTO
Universitetlərarası keçirilən intellektual çempionatın qalibləri elan olunub
“TEKNOFEST KKTC 2025” texnologiya müsabiqəsinə müraciətlər başlayıb
İƏT-in “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













