“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib
sizinxeber.az xəbər saytı

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib


Kriptovalyuta bazarında lider olan “Bitcoin”in qiyməti tarixi maksimumu yeniləyərək 120 min ABŞ dollarını ötüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə məlumat “Binance” platformasının göstəricilərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 07:41-də “Bitcoin”in qiyməti 121 014 dollar səviyyəsinə yüksəlib ki, bu da 2,82 faiz artım deməkdir.

Qeyd edək ki, “Bitcoin” blokçeyn texnologiyası əsasında fəaliyyət göstərən, mərkəzləşdirilməmiş kriptovalyuta sistemidir. Konsepsiya ilk dəfə 2008-ci ilin noyabrında “Satoşi Nakamoto” təxəllüsü ilə tanınan şəxs və ya qrup tərəfindən təqdim edilib. Son illər onun populyarlığı əhəmiyyətli dərəcədə artıb. “Bitcoin”in emissiyası məhduddur və hazırda onun böyük hissəsi “mədənçilik” yolu ilə əldə olunub.

Oxşar xəbərlər

“Bitcoin”nin qiyməti 105 min dollara yüksəlib
"Bitcoin"in məzənnəsi tarixi maksimumu yeniləyib
"Bitcoin"in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum
“Bitcoin”in qiyməti 109 min dolları ötüb
Kriptobirjalarda "Bitcoin" yenidən bahalaşmağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər