Azərbaycan manatının dövretmə sürəti artıb
sizinxeber.az xəbər saytı

Azərbaycan manatının dövretmə sürəti artıb


Bu ilin iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,36 bənd təşkil edib.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,03 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,09 bənd az, ötən il iyunun 1-nə nisbətən isə 0,01 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb
Azərbaycan manatının dövretmə sürəti iyulda cüzi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər