AMB: Datasız hər hansı Aİ-nin implementasiyası uğursuzluğa düçar ola bilər
Datasız hər hansı süni intellektin (AI) implementasiyası uğursuzluğa düçar ola bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinin direktoru Sadiq Axundov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
Onun sözlərinə görə, AI-nin implementasiyası zamanı ilk öncə onun "data quality" və "data governance" hissəsinə önəm verməlidir: "İmplementasiyada maksimum fayda əldə etmək üçün data layihələrinin bəlli bir "use case" üzərindən qurulması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda İT və data təhlükəsizliyi məsələləri də önəmli hissələrdən birdir. Belə ki, hər hansı "use case"in implementasiyasında fərdi məlumatlarda sızma olmaması çox önəmlidir. Bu kontekstdə İT infrastrukturun özü də az əhəmiyyət kəsb etmir".
AMB rəsmisi qeyd edib ki, qurum son illər data sahəsində böyük işlər görüb: "2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı strategiyası"nda data-ya çox böyük rol verilib. Bankda son ildə data departamenti, ayrıca "Data Engineering" və "AI Data Science" la bağlı şöbələr yaradılıb. Eyni zamanda "data governance"a ayrıca böyük rol verilib. Hazırda AMB Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə metodologiyası üzərində işləyir və onları banklara təqdim etməyi planlaşdırır. Bu çərçivələr yaradıldıqdan sonra artıq biz AI implementasiyasında risklərimizi daha da azaltmağa nail olacayıq. Bu da doğru şəkildə implementasiya etməyə yardımcı olacaq".
AMB-nin Dünya Bankı ilə birlikdə RBS (Risk Based Supervision) layihəsi icra etdiyini xatırladan departament direktoru bununla daha da proaktiv işlərin görüləcəyini diqqətə çatdırıb: "AMB-də "supervision texnology" və "regulatory texnology" alətləri tətbiq olunur. Bu da bizə gələcəkdə yardımcı olacaq. Biz bu sahəni dəstəkləyirik, bu sahədə artıq uğurlarımız var və dediyimiz kimi, qaydalar işıq üzü görəndən sonra daha da bu sahədə irəliləyəcəyik".
Oxşar xəbərlər
AMB İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir
Ağ Ev Qəzza üzrə danışıqların uğursuzluğa düçar olduğunu inkar edib
Azərbaycan və Türkiyə maliyyə sahəsində süni intellektin tətbiqinə dair ortaq model yarada bilər
Orxan Məmmədov: “Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır”
Murad Fətullayev: 2026-cı ilə qədər "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













