AKB kiçik məbləğli kreditlərə görə yaranan neqativ tarixçə məsələsinə aydınlıq gətirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
11:50

AKB kiçik məbləğli kreditlərə görə yaranan neqativ tarixçə məsələsinə aydınlıq gətirib

23 in, 2025
11:50
445

AKB kiçik məbləğli kreditlərə görə yaranan neqativ tarixçə məsələsinə aydınlıq gətirib

Vətəndaşların kiçik məbləğli borclar barədə məlumatlandırılmaması ciddi problem yarada bilər.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun rəhbəri Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Findok portalında qeydiyyatdan keçən vətəndaşın kredit tarixçəsinə neqativ məlumat düşən kimi dərhal bildiriş göndərilir:

"Bu məbləğ bir qəpik də olsa, əgər bank məlumat ötürmürsə belə, kredit bürosuna daxil olan anda sistem həmin məlumatı vətəndaşa çatdırır. Bu sistemin məqsədi vətəndaşı vaxtında xəbərdar etməkdir. Biz artıq o müqavilənin tərəfi deyilik. Biz sadəcə məlumatverici qurumuq. Bildiriş göndərməklə vətəndaşa deyirik ki, filan bankda və ya təşkilatda problem yaranıb, gedin, bu məsələni araşdırın”.

E. İbadov bildirib ki, bu günə qədər artıq 135 min şəxs Findok portalında qeydiyyatdan keçib və sistemdə qeydiyyatın heç vaxt gec olmadığını vurğulayıb:

“Əgər neqativ məlumat indi daxil olursa və ya gələcəkdə daxil olacaqsa, sistem istənilən halda vətəndaşa xəbərdarlıq göndərəcək. Bu səbəbdən hər bir şəxs kredit götürdüyü anda portala daxil olub qeydiyyatdan keçməlidir”.

Bizimlə əlaqə saxlayın