“Fitch” Azərbaycanın investisiya reytinqini “BBB”yə qədər yüksəldib
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın maksimal reytinq həddini (‘country ceiling’) ‘BBB-’ səviyyəsindən ‘BBB’ səviyyəsinə qaldırıb.
“Sizinxeber.az-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Agentliyin açıqlamasına əsasən, bu qərar iqtisadiyyatda kifayət qədər valyuta təklifinin mövcudluğu, maliyyə sistemində dollarlaşmanın azalması, həmçinin Azərbaycan Mərkəzi Bankının likvidlik idarəçiliyindəki irəliləyişlərlə izah olunur.
Bundan əlavə, “Fitch” qeyd edir ki, ARDNF-nin xarici valyutada nominallaşdırılmış aktivləri və ölkənin güclü valyuta ehtiyatları ABŞ dollarına qarşı tətbiq edilən de-fakto məzənnə sabitliyini etibarlı şəkildə dəstəkləyə bilir.
Qeyd edək ki, maksimal reytinq həddi bir ölkədə fəaliyyət göstərən təşkilat və emitentlərin əldə edə biləcəyi ən yüksək beynəlxalq reytinq səviyyəsini müəyyən edir və bu, kapital axınlarına tətbiq oluna biləcək potensial məhdudiyyətləri əks etdirir.
Oxşar xəbərlər
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini təsdiqləyib
“Fitch” Azərbaycanın investisiya reytinqini təsdiqləyərək “BBB”yə qədər yüksəldib
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
“Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib
Fitch: Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













