Xaricdən şəxsi istifadə üçün mal gətirənlərə dair yeni qayda tətbiq olunacaq
Xaricdən şəxsi istifadə üçün mal gətirənlərə dair yeni qayda tətbiq olunacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yaranacaq gömrük ödənişlərinin ödənilməsi ilə əlaqədardır. Layihəyə əsasən, hesablanmış gömrük ödənişləri borclu olan şəxs tərəfindən və ya bu Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödəniləcək.
Oxşar xəbərlər
Gömrük borcunun ödənilməsinə dair yeni qayda tətbiq olunacaq
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozanlar cərimələnəcək
Heyvanlarla rəhmsiz rəftarı təbliğ edənlər cərimələnəcək
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək
Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













