Deputat: "Pay torpaqlarında tikilmiş evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir"
sizinxeber.az xəbər saytı

Deputat: "Pay torpaqlarında tikilmiş evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir"


Azərbaycanda bir zamanlar pay torpaqlarında evlər inşa edilib və hazırda bu evlərin vərəsəliyi ilə bağlı çoxlu sayda iş məhkəmədədir.

“Report” xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Qısamüddətli və uzunmüddətli icarəyə verilən torpaqlardan istifadə olunması, pay torpaqlarında evlərin tikilməsi məsələsinin müzakirəsinə ehtiyac duyulur. Pay torpaqlarında evlər tikilib və ciddi problemlər yaradır. Məsələn, valideyn 30 il qabaq pay torpağı alıb və orda ev tikib. Amma valideyn öləndən sonra vərəsələr bunu bölə bilmirlər. Bu məsələ müzakirə edilməli və həll olunmalıdır”, - o vurğulayıb.

Oxşar xəbərlər

Deputat istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif edib
Cavanşir Paşazadə: "Cənub bölgəsində yeni, böyük su anbarı tikilməlidir"
Deputat: "Hazırda Azərbaycanda həkim-infeksionist qıtlığı var"
Paşinyan: Ermənistanda 44 günlük müharibədən sonra xeyli sayda silah yoxa çıxıb
Deputat: Zəngəzur dəhlizinin açılması ilə bağlı beş ildir ciddi maneələr var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər