Bakının İlqar Abdullayev küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Mayın 17-də, saat 00:00-dan Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət tikinti işləri bitənə qədər qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
Masazır-Novxanı yolu birləşməsindən Saray Polis Bölməsinədək avtomobillərin hərəkəti məhdudlaşdırılır
Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
Bakıda Cəlil Məmmədquluzadə küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














