AZAL iki kurort şəhərinə uçuşlara başlayır
sizinxeber.az xəbər saytı

AZAL iki kurort şəhərinə uçuşlara başlayır


Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri.

AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Oxşar xəbərlər

AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır, Batumiyə reyslərin müddətini uzadır
AZAL Dubayın daha bir aeroportuna uçuşlara başlayır və Batumiyə reyslərin müddətini uzadır
AZAL Şımkentə birbaşa uçuşlara başlayır
AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir
AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər