AYNA: Bakıda ödənişsiz parklanma yerlərinin sayı artırılıb
Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.
“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, küçə parklanma yerlərinin təşkili hazırda Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılır. Nişanlanma xətlərinin çəkildiyi ərazidə yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarına veriləcək. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır, məlumatda deyilir.
"Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. 4-cü zonaya daxil olan daha bir neçə məntəqə Səbail və Suraxanı rayonlarında təşkil edilib. Belə ki, Bayıl qəsəbəsində, Abbasqulu Abbaszadə və Cəlal Qurbanov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir", - AYNA qeyd edir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Oxşar xəbərlər
Bakıda yeni parklanma məntəqələri yaradılıb
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi təşkil edilib
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb
Bakıda ilk dəfə ödənişsiz parklanma yerləri təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












