Astara Terminalının inşası üzrə işlərin böyük hissəsi tamamlanıb
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görülüb, işlərin böyük hissəsi tamamlanıb
"Sizinxeber.az" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, terminalın layihələndirmə işlərinin 85 %-i, tikinti-quraşdırma işlərinin isə 72,4 %-i başa çatdırılıb. Astara stansiyasından İranla sərhədə qədər 8,3 km dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90 %-i başa çatıb.
Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.
Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Astara Terminalının inşasına Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə start verilib.
Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. ADY-nin tikdiyi terminalın ərazisini İran 25 il müddətinə Azərbaycana icarəyə verib.
Oxşar xəbərlər
ADY Astara Terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb - FOTO
ADY: Astara terminalının inşası yükaşırmanı 4 milyon tona çatdıracaq
Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45 % tamamlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












