Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub
sizinxeber.az xəbər saytı

Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub


Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2024-cü ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, baş idarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlərin son dövrlərdə gömrük orqanlarında aparılan islahatlarla əsaslandığını bildirib.

Daha sonra 2024-cü ilin ilk 6 ayında görülmüş işlərlə bağlı hesabat, tabeli struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib.

Sonda bildirilib ki, muxtar republikada gömrük işi sahəsində daha yüksək nailiyyətlərin əldə olunması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.

Oxşar xəbərlər

Naxçıvan Baş Gömrük İdarəsi ötən il üçün proqnoz-tapşırığı 140 % yerinə yetirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 687 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 278 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər