Qusarda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulub
Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Bu barədə “Sizinxeber.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, uzunluğu 23 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi aparılıb, yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
Oxşar xəbərlər
Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb
Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşıb
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi
Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












