Kür çayında balıqların məhv olması ilə bağlı araşdırma aparılır
sizinxeber.az xəbər saytı

Kür çayında balıqların məhv olması ilə bağlı araşdırma aparılır


Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Kür çayında su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin işçilərinin sayı artırılıb
ADSEA strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib
Azərbaycan və Türkiyə su təsərrüfatı sahəsində təcrübə mübadiləsini intensivləşdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər