Aybek Bijanov: “Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır”
sizinxeber.az xəbər saytı

Aybek Bijanov: “Orta Dəhlizdə rəqəmsal həllərin tətbiqinə dair iş aparılır”


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) rəqəmsal həllərin tətbiqi ilə bağlı işlər aparılır.

“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Middle Corridor Multimodal Ltd.”nin İdarə heyətinin sədri Aybek Bijanov bildirib.

Onun sözlərinə görə, “Middle Corridor Multimodal Ltd.” Orta Dəhlizdə vahid operator kimi çıxış etməyi planlaşdırır: “Bizim səhmdarlarımız Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yollarıdır. Biz bütün marşrut boyu üç ölkənin dəmir yolu qurumlarının maraq və səylərini birləşdirəcəyik. Bu, TBNM-nin yükdaşıyıcıları üçün şəffaf və təxmin edilən olması ilə nəticələnəcək”.

A.Bijanov qeyd edib ki, hazırda TBNM üzrə rəqəmsal həllər tətbiqi əllə aparılan proseslərin minimuma endirilməsinə, yükdaşıma müddətinin azalmasına səbəb olacaq: "Biz Orta Dəhlizin rəqabətə davamlı, bütöv beynəlxalq marşrut kimi fəaliyyət göstərməsinə şərait yaradacağıq”.

Oxşar xəbərlər

“Global DTC Pte Ltd” Orta Dəhliz boyunca karbon emissiyalarına nəzarət edəcək
Qazaxıstan "Azərbaycan Dəmir Yolları"na vaqon dəstəyi göstərəcək
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə daxil olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər