Azərbaycanda özbaşına tikintilərin tənzimlənməsi üçün yeni sənəd hazırlanır
Bu ayın sonuna qədər Azərbaycanda özbaşına tikintilərlə bağlı mövcud vəziyyətin nizamlanmasını nəzərdə tutan normativ hüquqi akt layihəsi və digər əlaqəli sənədlər aparılmış təhlillər əsasında hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Sənədə əsasən, bu ayın sonunadək mənzil mülkiyyətçisi qismində çıxış edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mənzilin yerləşdiyi torpaq sahəsinə münasibətdə hüquqlarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.
Bundan başqa, bu ayın sonunadək torpaq icarəsi ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli üçün arbitraj mexanizminin tətbiqini stimullaşdırmaq məqsədilə müvafiq təhlillər aparılacaq və zərurət olduqda nəticələr əsasında təkliflər veriləcək.
Eyni zamanda, beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla mühafizə zolağında yerləşən daşınmaz əmlakların qeydiyyatından imtina hallarının azaldılması üçün qanunvericiliyə uyğun tənzimləmə aparılması hədəflənir. Bu məqsədlə magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Oxşar xəbərlər
Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
Azərbaycanda qadınlar üçün bərabər maaş və məşğulluq imkanları yaradılacaq
Orta Dəhlizdə vahid tranzit yük sənədi tətbiq ediləcək
Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib
Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












