Xidmət: Mingəçevirdə su şəbəkəsinə qeyri-qanuni qoşulmalar var
sizinxeber.az xəbər saytı

Xidmət: Mingəçevirdə su şəbəkəsinə qeyri-qanuni qoşulmalar var


Mingəçevir şəhəri ərazisində su şəbəkəsinə qeyri-qanuni qoşulmalar var.

Bu barədə “Sizinxeber.az-Economics”ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu ilin yanvar-iyun aylarının nəticələrinə əsasən, Mingəçevir şəhər Sukanal İdarəsi üzrə üzrə su itkisi 54,5% olub:

“Bəzi abonentlər ikili xətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərlə bağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimai əsaslarla inşa edilmiş 273 sayda bulaqlara idarə tərəfindən fasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır. Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarə tərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olan abonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonra təchizat bərpa edilir. Eyni zamanda suyun israf edilməməsi, ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasında maarifləndirici xarakterli söhbətlər aparılır”.

“Həmçinin ünvanlara baxış keçirilir. Sayğacdan keçməyən su xətləri aşkar olunur. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindən ləğv olunur, abonentə cərimə aktı yazılır”, - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Mingəçevirin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur
Mingəçevirdə əhalinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır
Mingəçevirdə içməli su təchizatı yaxşılaşdırılır
Mingəçevirdə "Opel"in vurduğu 61 yaşlı qadın ölüb
Mingəçevirdə minik maşınları toqquşub, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər