Naxçıvanda xəttə 20 ədəd tam elektrikli avtobus buraxılacaq
sizinxeber.az xəbər saytı

Naxçıvanda xəttə 20 ədəd tam elektrikli avtobus buraxılacaq


Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi 20 ədəd tam elektrikli avtobus almağı planlaşdırır.

"Sizinxeber.az" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, agentlik bununla bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 16-na qədər quruma təqdim edə bilərlər. Təkliflərə sentyabrın 19-da, saat 20:00-da agentlikdə baxılacaq.

Satınalmanın ehtimal olunan qiyməti 4,496 milyon manatdır.

Oxşar xəbərlər

Hadrutda infrastruktur binası tikiləcək
Qarabağ Dirçəliş Fondu sığortaçı seçir
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçir
“Bakı Telefon Rabitəsi” sığortaçı seçir
ANAMA sığortaçı seçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər