Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar bu gün saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakının bir hissəsində hərəkət tam şəkildə məhdudlaşdırılacaq
Bakının Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakıda Cəlil Məmmədquluzadə küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Bakının Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakıda Ziya Yusifzadə küçəsində avtonmobillərin hərəkəti məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər