Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib
sizinxeber.az xəbər saytı

Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib


Bakı şəhərində kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə aparılır.

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

Oxşar xəbərlər

Bu küçələrdə hərəkət yenidən təşkil ediləcək
AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"
Bakıda Dəniz Vağzalının arxasında mikromobillik zolaqları təşkil edilib
7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Bakıda bəzi yollarda hərəkət yenidən təşkil ediləcək, solda əks istiqamətli xüsusi hərəkət zolağı salınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər