Hüseyn Hüseynov: Dayanıqlılıq hesabatlarını dərc edən şirkətlərin sayı artıb
Azərbaycanda 20-ə yaxın özəl şirkət dayanıqlılıq hesabatlarını dərc edir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.
"2016-cı ildə dayanıqlı inkişaf məqsədləri (DİM) təşəbbüsü qəbul olunanda BMT-nin inkişaf proqramı ilə bir maarifləndirmə aksiyasına başladıq və özəl sektoru da bura cəlb etdik. Həmin dövrdə Azərbaycanda cəmi iki şirkət tərəfindən dayanıqlılıq hesabatları dərc olunurdu", - deyə H.Hüseynov əlavə edib.
O, bildirib ki, bu hesabatlar şirkətlər üçün müxtəlif üstünlüklər yaradır:
"Bu, şirkətlərin həm daxili ətraf mühit, sosial və iqtisadi standartlarının da konkret GPA-larının müəyyən olunmasına imkan verir, eyni zamanda xarici investorların da bu şirkətlərlə əməkdaşlıq etməsi üçün bir platforma və məlumat mənbəyi yaranır. Biz BMT-nin Azərbaycan Nümayəndəliyi ilə birlikdə bu prosesə start verdik və təqribən 50-ə yaxın özəl sektor nümayəndələri üçün bu dayanılılıq hesabatlarının hazırlanması üçün təlimlər keçirtdik. Bu təlimlər müsbət nəticə verib. Bu gün dayanıqlılıq hesabatlarını dərc edən şirkətlərin sayı 20-ə yaxındır".
Oxşar xəbərlər
Azərbaycanda 20-yə yaxın özəl tikinti şirkətinin dayanıqlılıq hesabatı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı səyyah: Azərbaycan Qarabağda möhtəşəm işlər görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda şirkətlərin 36%-i qeyri-aktivdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












