Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85 % icra edilib
Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85 % icra edilib.
“Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yolun ümumi uzunluğu 82 km təşkil edir.
Avtomobil yolu Göygöl və Kəlbəcər rayonlarını birləşdirir. Yolun Toğanalı-Kəlbəcər hissəsi 56 km, Kəlbəcər-İstisu hissəsi isə 26 km uzunluğundadır. Yolun 16-cı kilometrindən etibarən Murovdağ silsiləsi başlayır və burada yüksəklik 1 700 metrdən başlayaraq 3 250 metrə qədər yüksəlir.
Bu ərazidə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası aparılır. Ümumi uzunluğu 23 401.8 metr olan tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Bundan əlavə, layihə çərçivəsində 561.2 m, 626.9 m, 500 m və 947.9 m uzunluğunda daha 4 tunel də tikilir.
Murovdağ tuneli (Tunel №3) sol və sağ hissələrdən ibarət olmaqla, müvafiq olaraq 11 711.5 m və 11 690.3 m uzunluqdadır. Tuneldə ümumilikdə 18 160.3 metr uzunluğunda qazma və beton püskürtmə işləri başa çatdırılıb. Tunelin sağ və sol hissələrini birləşdirən 37 keçid tunelindən 36-sı inşa olunub, biri üzrə işlər davam edir.
Prezidentin tapşırığına əsasən yol 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcələrə uyğun şəkildə inşa edilir. Yolun əsas hissəsi II texniki dərəcəyə (2 hərəkət zolaqlı, yoxuşlarda əlavə zolaqlı), Murovdağ tuneli olan hissə isə I texniki dərəcəyə (4 hərəkət zolaqlı) uyğun tikilir.
Layihə çərçivəsində ümumi uzunluğu 2 968 metr olan 6 yol qovşağı və 4 594 metr uzunluğunda 35 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Layihə boyu hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma, dolğu və süni qurğuların inşası işləri görülür. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi aparılır.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol, rayon mərkəzi ilə yanaşı, bölgənin bir çox yaşayış məntəqələrinə və məşhur İstisu istirahət zonası istiqamətində rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək.
Oxşar xəbərlər
Prezident Toğanalı-Kəlbəcər-İstisu yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub - YENİLƏNİB
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi 85% icra edilib - FOTO
Media nümayəndələri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tuneldə görülən işlərlə tanış olublar - FOTO
Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub-YENİLƏNİB
Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












