Azərbaycandakı daş karxanalarına I yarımildə 158 akt və protokol tərtib edilib
sizinxeber.az xəbər saytı

Azərbaycandakı daş karxanalarına I yarımildə 158 akt və protokol tərtib edilib


Bu ilin I yarısında Azərbaycandakı daş karxanalarına 158 akt və protokol tərtib edilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında karxanalar vurduqları ziyana görə 254 min manat kompensasiya və cərimə ödəməli olub, onlarla bağlı olan 49 iş hüquq mühafizə orqanlarına, 41 iş icra şöbələrinə, 3 iş isə məhkəmələrə göndərilib.

"Bizim fəaliyyətimizin əsas məqsədi karxana sahiblərinə cərimələr tətbiq etmək və onları hər hansı nəticələrlə qarşı-qarşıya qoymaq deyil, onları qanunvericiliyə uyğun fəaliyyət göstərməyə dəvət etməkdir. Bunun nəticəsində bir sıra karxanalar artıq öz fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun təşkil etməyə məcbur olurlar. Ölkədə bu sahədə kifayət qədər şəffaf iş fəaliyyəti təşkil edilib", - deyə H.Əlizadə qeyd edib.

"Bakı şəhərinin və Abşeron yarımadasının ətraf ərazilərində bu gecə 20-yə qədər əməkdaşımız reydi keçirib və 9 fiziki şəxs qeyri-qanuni fəaliyyət zamanı saxlanılıb. Onların bəzilərinin yoxlanması zamanı məlum olub ki, müəyyən karxanalarla bağlılığı var. Bu səbəbdən bütün karxana sahiblərini mövcud çərçivələr əsasında fəaliyyət göstərməyə dəvət edirik” - deyə xidmət rəisi əlavə edib.

Oxşar xəbərlər

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO
Maliyyə Nazirliyi ötən il 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib
Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib
“TikTok”er Ləman narkotikə görə həbs edilib?
Astarada kitabxana işçiləri arasında İNSİDENT: “İş otağıma hücum edib məni söydü”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər