Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
sizinxeber.az xəbər saytı

Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir


Azərbaycan və Gürcüstan poçt xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

“Sizinxeber.az” bu barədə zərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, razılıq Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda əldə olunub.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərpoçt” və Gürcüstan Poçtu arasında görüş keçirilib. Görüşdə “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, İdarə Heyətinin üzvü Xəyyam Əli-zadə, Gürcüstan Poçtunun Baş direktoru Levan Chikvaidze və Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Nugzar Bregvadze iştirak ediblər.

Tərəflər iki ölkə arasında poçt sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Elektron kommersiya sahəsində bağlamaların çatdırılması üzrə təcrübələrin paylaşılması və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir
“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
Ümumdünya Poçt İttifaqının Avropa və MDB üzrə yeni Regional İnkişaf Planı hazırlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle