Belçikanın ticarət missiyasının Bakıya növbəti səfərinin tarixi müəyyənləşib
sizinxeber.az xəbər saytı

Belçikanın ticarət missiyasının Bakıya növbəti səfərinin tarixi müəyyənləşib


Bu ilin sentyabr ayının ilk on günlüyündə Belçikanın ticarət missiyası Bakıya növbəti dəfə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının (“Belgazercom”) təsisçisi və sədri Stef Qoris palatanın Brüsseldə keçirilən biznes tədbirində bildirib.

Onun sözlərinə görə, missiya çərçivəsində Azərbaycan müəssisələrinə səfərlər, dövlət qurumlarının nümayəndələri ilə brifinqlər, həmçinin B2B formatında görüşlər planlaşdırılır. 

"Logistika, infrastruktur, bərpa olunan enerji, aqrobiznes, əczaçılıq, tullantıların emalı və digər sahələrdə olan bizneslər üçün bu, qlobal miqyasda sürətlə böyüyən bazarla tanışlıq imkanı ola bilər", - S.Qoris vurğulayıb.

Xatırladaq ki, “Belgazercom”un ticarət missiyasının Bakıya əvvəlki səfəri bu ilin fevral ayında baş tutub. 

Oxşar xəbərlər

Ticarət Palatasının sədi: Belçika Baş nazirinn Bakıya səfəri ikitərəfli ticarətin inkişafında yeni mərhələdir
“Belgazercom” Belçika və Azərbaycan şirkətlərinin maraqlarını təmsil etməyi planlaşdırır
“Belgazercom”: Orta Dəhliz ənənəvi ticarət marşrutlarının əsas alternativinə çevrilir
İspaniyanın ticarət üzrə dövlət katibi gələn həftə Azərbaycana səfər edəcək
AZPROMO: Pakistana yaxın gələcəkdə ixrac missiyası təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər