Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidmətə qəbul ilə bağlı növbəti müsabiqə elan edilib.
“Sizinxeber.az” komitəyə istinadən xəbər verir ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı 2024-cü il noyabr ayının 21-dən dekabrın 10-dək aparılacaq. Test imtahanı dekabr 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar internet ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
Əlavə olaraq bildiririk ki, Komitə tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə bağlı elan edilmiş əvvəlki müsabiqənin test imtahanı mərhələsində istifadə olunan ədəbiyyat siyahısındakı mənbələrin sayı azaldılıb. Test imtahanında istifadə edilməsi nəzərdə tutulan ədəbiyyat siyahısı, məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı və dünyagörüşü səviyyəsinin yoxlanılması üzrə proqramla internet ünvanından tanış olmaq olar.
Oxşar xəbərlər
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
