KOBİA: ESG üzrə Milli Standartı tətbiq edən şirkətlər daha ucuz kredit ala bilər
Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Milli Standartı tətbiq edən Azərbaycan şirkətləri daha aşağı faizlə kreditlər ala bilər.
Bunu "Report"un sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov bildirib.
"Eyni profil üzrə fəaliyyət göstərən şirkətlər banka kredit üzrə müraciət edəcəksə, ESG üzrə Milli Standartı tətbiq edən şirkətin daha aşağı faizlə kredit alacağını gözləyirik. Bu, standartı tətbiq edən şirkətlərin maliyyə dayanıqlılığı üçün dəstək mexanizmidir. KOBİA isə bu standartı tətbiq edəcək şirkətlərə dəstək mexanizminin yaradılmasını nəzərdən keçirə bilər. Lakin bizim ən önəmli fəaliyyət istiqaməti bu standartla bağlı məlumatları geniş kütləyə, biznes subyektlərinə çatdırmaqdır. Əlbəttə ki, maarifləndirməyə də xüsusi diqqət verəcəyik ki, bunu da dolayı yolla dəstək kimi qəbul etmək olar" - o qeyd edib.
Oxşar xəbərlər
ESG üzrə milli standartın Azərbaycan biznesinə faydası açıqlanıb
Azərbaycanda yeni unifikasiya olunmuş ESG standartı qəbul ediləcək
Azərbaycanda keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
