Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Sizinxeber.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən məlumatına görə, dəyəri 77 min 722 manat 77 qəpik olan tender müsabiqəsinin qalibi "Neosol” MMC (VÖEN - 3101071221) olub.
"Neosol” MMC Dövlət Radiotezliklər İdarəsinin sifarişi ilə bu quruma təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan "Neosol” MMC-nin qanuni təmsilçisi Cəfərov Pərviz Saleh oğludur.
Məlumat üçün bildirək ki, "Neosol” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən ("zerkalnı”) ibarət olur.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
"Daşkəsən Dəmir Filizi” MMC-nin tenderi – 57 777,77 manat;
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tenderi – 23 222,22 manat;
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tenderi – 49 777,77 manat;
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tenderi – 77 222,22 manat.
Oxşar xəbərlər
Göyçayda 600 minlik yol təmiri - Saleh Məmmədovun himayə etdiyi bildirilən şirkət yenə qalib oldu
Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq
Dövlət Radiotezliklər İdarəsi sığortaçı seçib
“İçərişəhər” auditor seçir
Qar yağdı, Bakı “batdı”: İcra Hakimiyyətinin yollar üçün aldığı 2300 ton duz hara getdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












