WP atışma baş verən qəbulda təhlükəsizliklə bağlı çatışmazlıqları açıqlayıb
ABŞ administrasiyası atışma qeydə alınan "Washington Hilton" otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində maksimal mühafizə səviyyəsini təşkil etməyib.
"Report" xəbər verir ki, bu iddia ilə ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən "The Washington Post" (WP) qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, dövlət başçısının və onun kabinet nümayəndələrinin iştirak etdiyi tədbirlər, bir qayda olaraq, müvafiq mühafizə təşkili səviyyəsinə malik xüsusi əhəmiyyətli tədbirlər kateqoriyasına aid edilir. Bununla belə, "Washington Hilton" otelindəki qəbula "federal resursları tam həcmdə cəlb etməyə imkan verəcək status verilməyib", - deyə WP vurğulayır.
Qəzetin həmsöhbətləri qeyd ediblər ki, administrasiya yüksək vəzifəli hökumət nümayəndələrinin iştirak etdiyi digər tədbirlərlə müqayisədə bu tədbirdə "daha aşağı səviyyəli mühafizə" təmin edib və bununla da faktiki olaraq "ölkəni son dərəcə həssas vəziyyətə salıb".
Qəbulda ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampdan başqa, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Pentaqonun rəhbəri Pit Heqset, FTB direktoru Kəş Patel, eləcə də ABŞ administrasiyasının bir sıra digər nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, "Washington Hilton" otelində Trampın iştirakı ilə keçirilən Ağ Ev Yanında Müxbirlər Assosiasiyasının qəbulunda atışma olub. ABŞ lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
